“Twitter” Maskı məhkəməyə verir

saytların hazırlanması

Evə çatdırılma

“Twitter” Maskı məhkəməyə verir

Dünya

13 İyul 2022 10:24 660


“Twitter” şirkətinin vəkilləri “Tesla” və “SpaceX”in yaradıcısı İlon Maskı məhkəməyə verib.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, “Twitter” Maskın sosial şəbəkə platformasını 44 milyard dollara almaqdan imtina qərarına etiraz etmək üçün məhkəmə iclası keçirmək istəyir.

“Twitter”in vəkilləri bildiriblər ki, 4 gün ərzində Delaver məhkəməsində Maskın müqaviləni yerinə yetirməyə məcbur edilməsi və “Twitter”in hər bir səhmi üçün 54,20 dollar ödəməli olduğunu sübut edəcəklər. Toyuqlu pizza

Şirkət sınaq prosesinin sentyabrın 19-da başlayacağına ümid edir.

Vəkillər bildiriblər: ““Twitter”in təklif etdiyi cədvəl üzrə məhkəmə prosesi tərəflərə və onların təcrübəli vəkillərinə məhkəmə iclasının protokollarını hazırlamaq üçün kifayət qədər vaxt verir".

Hüquqşünasların fikrincə, hakimin qərar çıxarmaq üçün kifayət qədər vaxtı olacaq və sövdələşmənin bağlanması oktyabrın 24-nə qədər Delaver Ali Məhkəməsi tərəfindən qərara yenidən baxılacaq.

Xatırladaq ki, 2022-ci il iyulun 9-da məlum olub ki, “SpaceX”in qurucusu, milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini almaq müqaviləsini ləğv edib. 

Qeyd edək ki, əməliyyatın dəyəri 44 milyard dollar olmalı idi.

9 iyul 2022-ci ildə “Twitter”in baş direktoru Bret Taylor “Twitter”in İlon Maskı məhkəməyə verəcəyini açıqladı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!