Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapıldı

Kriminal

11 Fevral 2025 09:55 264


Böyük Qafqaz sıra dağlarının cənub ətəyində üç il əvvəl itkin düşən hindistanlı turistdən xəbər var.

Yenisabah.az  APA-ya istinadən xəbər verir ki, 09.02.2025-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12.05.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində itkin düşmüş 28.08.1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.

Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub. Dördpendirli pizza

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!