“Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm” –   Mehriban Əliyeva 

saytların hazırlanması

Evə çatdırılma

“Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm” – Mehriban Əliyeva 

Siyasət

31 Mart 2021 12:53 634


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!