Ucar sakini avtomobili polislərin üzərinə sürdü - DİN

saytların hazırlanması

Evə çatdırılma

Ucar sakini avtomobili polislərin üzərinə sürdü - DİN

Kriminal

17 Fevral 2023 14:17 851


Ucar sakini avtomobili polislərin üzərinə sürüb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, sosial şəbəkələrdə Ucar rayonu ərazisində rayonunun Qaracallı kənd sakinləri ilə polis əməkdaşlarının mübahisə etmələrini əks etdirən görüntülər paylaşılıb. Fevralın 16-da gecə saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman hərəkətdə olan "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin sürücüsünə işıq cihazlarında texniki nasazlıq olduğuna görə saxla əmri veriblər.

Polis əməkdaşları onlara təhkim olunmuş bort kompüter vasitəsilə nəqliyyat vasitəsinin sənədlərini yoxlayan zaman avtomobilin sürücüsünə törətdiyi bir neçə qayda pozuntusuna görə tətbiq edilən cərimələrin ödənilmədiyini və nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyini müəyyən ediblər. Pepperoni pizza

Sürücü, rayonun Qaracallı kənd sakini Coşqun Mahmudovdan müvafiq sənədlərini təqdim etməyi tələb edən zaman isə C.Mahmudov buna etiraz edərək avtomobili polis əməkdaşlarının üzərinə sürüb və həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana gedib.

Onun yaşadığı yer şöbə əməkdaşları tərəfindən müəyyən edilib və o, törətdiyi əməllə bağlı araşdırma aparılması polis şöbəsinə dəvət olunub. Bu zaman C.Mahmudov və ailə üzvləri kənd ərazisində səs-küy salmaqla buna mane olmağa çalışıblar, polisin qanuni tələblərinə tabe olmayıblar.

Daha sonra həmin əraziyə Ucar RPŞ-nin PPX bölüyünün əməkdaşları dəvət olunub və C.Mahmudov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun barəsində toplanmış materiallar bugün hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!