Ucar sakinlər yolu bağlamağa cəhd etdilər: DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ucar sakinlər yolu bağlamağa cəhd etdilər: DİN-dən açıqlama

Hadisə

10 Sentyabr 2022 19:44 1208


Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Yolu bağlayanların iddialarına görə, bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində naməlum şəxslər tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşımlar edilib, ünvanlarına təhqirlər səsləndirilib. Ucar sakinlərindən 50-yə yaxın insan bu təhqirlərin qurbanı olub. Toyuqlu pizza

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!