Ucarda 23 yaşlı oğlan anasını boğaraq öldürdü - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Ucarda 23 yaşlı oğlan anasını boğaraq öldürdü - TƏFƏRRÜAT

Kriminal

17 Noyabr 2023 17:51 1594


Ucar rayonunda anasını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Faiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.  Pepperoni pizza

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. 

İtithama görə, qətl hadisəsi Ucar rayonunun Qaradağlı kəndində baş verib. Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanı naqillə boğaraq öldürüb. 

Faiq Qurbanovun barəsində Cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!