Ucarda DƏHŞƏT: Avtomobil 18 yaşlı oğlanı vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Ucarda DƏHŞƏT: Avtomobil 18 yaşlı oğlanı vurub öldürdü

Hadisə

16 İyun 2022 23:59 1110


Ucarda avtomobil velosipedçini vuraraq öldürüb. 

Yenisabah.az APA -nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.  Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.

Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.      Sezar pizza

Məlumata görə, ailədə bir bacının yeganə qardaşı olan ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş. 

Faktla bağlı araşdırma aparılır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!