Ucarda maşın arxa aşıb, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Ucarda maşın arxa aşıb, xəsarət alanlar var

Hadisə

10 İyul 2022 15:00 964


Ucarda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistralının Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi "Toyota Prado" markalı minik maşını yoldan çıxıb və su arxına aşıb. Nəticədə Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Salatın Yaqub qızı Qurbanova, nəvələri - 2010-cu il təvəllüdlü Ayan Tural qızı Ələkbərli və 2014-cü il təvəllüdlü Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. pizza hut

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!