Ucarda narkotik, avtomat silah... - 5 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ucarda narkotik, avtomat silah... - 5 nəfər tutuldu

Kriminal

27 İyun 2023 10:02 1118


Ucarda Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hal-hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, rayonun Qarabörk kəndi ərazisində tutulub. E. Əzimovun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı AK-74 markalı avtomat və 1 ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə 4 nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov saxlanılıblar. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Dominos pizza

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!