Ucarda qardaş-qardaşı bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Ucarda qardaş-qardaşı bıçaqladı

Kriminal

07 May 2023 22:40 1016


Ucarda qardaş-qardaşı bıçaqlayıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Türkəci kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramazan Əvəz oğlu Xəlilov, aralarında yaranmış münaqişə zəminində qardaşı, 1967-ci il təvəllüdlü Səhman Xəlilova bıçaqla xəsarət yetirib. pizza mizza

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qardaşlar arasında mübahisəyə iri buynuzlu heyvanlar səbəb olub.

Belə ki, Səhmanın heyvanı Ramazanın həyətinin qarşısına gəlib. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb.

Sonda mübahisə qanla nəticələnib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!