Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi ilə bağlı müzakirələr səngimək bilmir. Bu ehtimal nə dərəcədə doğrudur? Əgər Üçüncü Dünya Müharibəsi başlasa, bunun Azərbaycana nə kimi təsirləri ola bilər?
Siyasi ekspert Mübariz Göyüşlü Yenisabah.az-a açıqlamasında Üçüncü Dünya Müharibəsinin başlayacağına dair fikirlərin vahiməli və dəhşətli olduğunu bildirib:
“Bəşəriyyət İkinci Dünya Müharibəsini görüb. Bu müharibələr zamanı müasir texnologiyalı silahlar, dağıdıcı gücə malik silahlar yox idi. İndi bəzi dünya ölkələri elə silahlar icad edirlər ki, bu bəşəriyyətin sonunu gətirə bilər. Buna görə də bəşəriyyət Üçüncü Dünya Müharibəsini başlada biləcək bütün məsələrin qarşısını sərt və qəti şəkildə almalıdır”. Dominos pizza
M.Göyüşlü müharibənin başlayacağı təqdirdə Azərbaycana çox ciddi təsirlərinin ola biləcəyini vurğulayıb:
“Üçüncü Dünya Müharibəsi başlayarsa, bu zaman tərəflərdən biri Rusiya ola bilər, digər tərəfdə isə İran ola bilər. Türkiyə hansısa formada müharibəyə qoşula bilər. Hamısı qonşularımızdır və böyük dövlətlərdir. Qərb blokundan kimləsə qarşıdurma zamanı Azərbaycana qaçqın axını, müxtəlif silahlı gərginliklər, iqtisadi və başqa bir sıra problemlər gözləyə bilər”.
Sonda ekspert mütərəqqi bəşəriyyətin bu məsələyə dair öz qəti mövqeyini ortaya qoyacağını, müharibə arzusunda olan dövlətləri bu yoldan çəkindirə biləcəyinə inandığını vurğulayıb.
Şeyla SƏMİYEVA
Telegram kanalımız