Ucuz meyvə həsrəti: “Qiymət artımı olacağına şübhə yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Ucuz meyvə həsrəti: “Qiymət artımı olacağına şübhə yoxdur”

Sosial

01 Noyabr 2024 12:15 772


Qış fəslinə az bir vaxt qalıb. Belə bir vaxtda hər kəsi maraqlandıran bir məqam var. O da meyvə-tərəvəzlərin qiymətlərində baş verəcək dəyişikliklə bağlıdır. Həmçinin, hesablamalara görə, ölkəmizdə idxalın artdığı da deyilir.

Bəs bizi nə gözləyir? Ucuzlaşma, yoxsa yenidən qiymət artımı?

Mövzunu “Yeni Sabah”a şərh edən iqtisadçı Vahid Məhərrəmov bir sıra məqamlara toxunub: Sezar pizza

“Azərbaycan yeganə ölkədir ki, meyvə-tərəvəz sektoruna uzun illərdir maliyyə resursu ayırır, bu sahəyə diqqət yetirir. Ölkəmizdə həm açıq, həm də qapalı təsərrüfatlarda meyvə-tərəvəz istehsal olunur. İdxalın artmasına səbəb isə istehsal prosesindəki problemdir. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatlarında istehsalda artım göstərilir, lakin əslində, idxal artıb.

İxracın azalmasına gəlincə, bu, istehsalda problemin mövcudluğunun göstəricisidir. Bir müddət əvvəl buğdanın 2 milyon 200 min tona yaxın istehsal olunduğunu göstərmişdilər. Bu il isə 1 milyon 650 min ton buğda istehsal olunub. Bu rəqəmlər arasında böyük fərq var. Bu o demək idi ki, o buğda yox idi. Rəqəmləri şişirdiblər.

Tərəvəzlərdə də, həmçinin, rəqəmləri şişirdiblər. İstehsal azaldığı üçün tərəvəz və meyvənin qiyməti son 3 ildə çox yüksəkdir və artmaqda da davam edir”.

Ekspert bildirib ki, qiymətlərin aşağı düşmə ehtimalı çox az, bahalaşma isə qaçılmazdır:

“Qiymətlərdəki dəyişikliklər isə təkcə idxaldan yox, eyni zamanda, istehsaldan, məhsulun maya dəyərindən, tələb və təklifdən asılıdır. Bazarda tələb çoxalacaqsa, qiymət artacaq, təklif artacaqsa, azalacaq.

Qış fəslində isə hər il bütün meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Təəssüf ki, yeni ildə də qiymətlərdə ucuzlaşma olacağını demək mümkün deyil. Amma artım olacağına şübhə yoxdur”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!