Ukrayna 102 PUA ilə Rusiyaya hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna 102 PUA ilə Rusiyaya hücum etdi

Dünya

17 May 2024 09:12 738


Rusiyaya kütləvi dron hücumu olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Hava Hücumundan Müdafiə sistemləri Rusiyanın regionları üzərində 102 PUA-nı məhv edib və ələ keçirib. Marqarita pizza

Rusiya MN-nin açıqladığı məlumata görə, 51 PUA Krım üzərində, 44 PUA Krasnodar diyarı üzərində, 6 PUA Belqorod vilayəti üzərində, 1 PUA isə Kursk vilayətinin üzərində vurulub.

Həmçinin Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri Qara dənizdə Ukraynanın 6 pilotsuz katerini məhv edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!