Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək?

Dünya

28 Yanvar 2022 14:14 631


Ukrayna ətrafında artan gərginliyin enerji resurslarının təchizatına təsir göstərməsi ehtimalı yoxdur.

Yenisabah.az “Forbes”a istinadla xəbər verir ki, bunu “Goldman Sachs” investisiya bankının analitikləri bildirib.

Onların təhlilinə əsasən, münaqişənin gərginləşəcəyi təqdirdə Qərbin hazırladığı sanksiyaların Rusiyanın energetika sənayesinə təsir göstərməsi mümkün deyil, çünki Avropa Rusiyadan qaz və neft tədarükündən asılıdır. Marqarita pizza

“Goldman Sachs”a görə, Avropanın qaz idxalının 22%-i və neft idxalının 23%-i (2021-ci ilin sentyabr ayının sonuna olan məlumata görə) Rusiyanın payına düşür.

Bundan əlavə, Moskva zərurət yaranarsa, neft tədarükünü Afrika, Latın Amerikası və Asiya kimi digər regionlara yönləndirə biləcək ki, bu da Avropada enerji resurslarının əlçatanlığı ilə bağlı vəziyyəti daha da gərginləşdirəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!