Ukrayna bu ölkə ilə dron istehsal edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna bu ölkə ilə dron istehsal edəcək

Dünya

04 Aprel 2024 19:40 741


Ukrayna və Latviya yaxın vaxtlarda pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Telegram səhifəsində yayılan məlumata görə, bu barədə iki ölkənin hökumət başçıları Denis Şmıqal və Evika Silina arasında görüş zamanı bildirilib.

Tərəflər hərbi-texniki yardım və birgə mərmi təşkili məsələlərini müzakirə ediblər. Marqarita pizza

“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin birgə istehsalına başlanılacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Həmçinin bu il daha bir neçə ukraynalı əsgərin Latviyada müalicəsi ilə bağlı razılıq əldə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!