Ukrayna bu tarixdə F-16-ları havaya qaldıracaq

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna bu tarixdə F-16-ları havaya qaldıracaq

Dünya

28 Avqust 2023 13:23 519


"Ukrayna 2024-cü ilin yazında F-16 qırıcılarından istifadəyə başlaya bilər". 

Yenisabah.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Bild"ə müsahibəsində bildirib. 

O qeyd edib ki, təlim və infrastruktur hazırlığı üçün vaxt nəzərə alınmalıdır. pizza hut

“Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, - nazir vurğulayıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!