Ukrayna Silahlı Qüvvələrinin 57-ci motoatıcı briqadasının batalyonunun əsgərləri Luqansk Xalq Respublikasında fərarilik ediblər.
Yenisabah.az xəbər verir ki,bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri Vrubovka, Qorskoye və Podlesnoye yaşayış məntəqələrində müdafiə mövqelərini tutublar. Lakin batalyon şəxsi heyətinin 60%-dən çoxunu itirdikdən sonra sağ qalan əsgərlər komandanlığın əmrlərini yerinə yetirməkdən imtina edərək, icazəsiz mövqelərini tərk ediblər. Dördpendirli pizza
Telegram kanalımız