“Ukrayna ilə bağlı kəskin addımlardan yayınırıq“ - İran XİN rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna ilə bağlı kəskin addımlardan yayınırıq“ - İran XİN rəhbəri

Dünya

13 İyul 2022 15:37 636


"İran Ukraynada eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan qaçır və münaqişənin heç bir tərəfinə kömək etmir, çünki əmindir ki, bu dayandırılmalıdır".

Yenisabah.az “La Repubblica”ya istinadla xəbər verir ki, bunu İtaliya  nəşrinə müsahibəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O, Rusiyaya hərbi texnika, o cümlədən PUA satışı ilə bağlı xəbərləri təkzib edib: Toyuqlu pizza

“Bizim Rusiya ilə müxtəlif əməkdaşlıq formalarımız var, o cümlədən müdafiə sahəsində, lakin biz [Ukrayna] münaqişəsində iştirak edən tərəflərin heç birinə kömək etmirik, çünki bunun dayandırılmasına əminik. Düşünürəm ki, indi problem başqadır. Bəzi Qərb ölkələri, o cümlədən ABŞ silah istehsal edir və məhsullarını satmağa çalışır. Gərginliyə səbəb ola biləcək hər hansı hərəkətdən qaçmağa, bu müharibəyə son qoymağa çalışırıq”.

Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın İranın Rusiyaya PUA göndərmək planları ilə bağlı bəyanat verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!