Ukrayna kəşfiyyatı: “Pskova zərbə Rusiya ərazisindən endirilib“ 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna kəşfiyyatı: “Pskova zərbə Rusiya ərazisindən endirilib“ 

Dünya

01 Sentyabr 2023 12:49 512


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Pskovdakı Kresti aerodromuna hücum barədə danışıb. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, hücumun Rusiya ərazisindən həyata keçirildiyini bildirib. 

O, əməliyyatı Ukrayna kəşfiyyatçılarının, yaxud rus partizanlarının həyata keçirdiyini açıqlamayıb.  pizza mizza

K. Budanov, həmçinin nə qədər pilotsuz uçuş aparatından (PUA) istifadə olunduğu barədə də məlumat verməyib. 

Qeyd edək ki, avqustun 30-da Rusiyanın Pskov vilayətinə PUA-larla hücum olub. Nəticədə Rusiyanın 2 İl-75 təyyarəsi məhv edilib. 

Məlumata görə, həmin gün Ukrayna Rusiya ərazisinə indiyə qədərki ən böyük hücumu həyata keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!