Ukrayna kəşfiyyatının rəhbəri vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna kəşfiyyatının rəhbəri vəzifəsindən azad edildi

Dünya

19 İyul 2022 13:59 683


Ukrayna Ali Radası İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətininin (SBU) rəhbəri vəzifəsindən azad edib.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə “Telegram” kanalında Ukrayna xalq deputatı Yaroslav Jeleznyak məlumat verib .

Bakanovun vəzifədən azad edilməsinə 265 deputat səs verib.  Dominos pizza

Deputat bugünkü iclasda SBU-nun yeni rəhbərinin təyin edilməsi məsələsinin gündəmə gətirilmədiyini bildirib.

Xatırladaq ki, iyulun 17-də Ukrayna prezidenti Volodimir Zelenski  İvan Bakanovu SBU-nun rəhbəri, İrina Venediktovanı isə baş prokuror vəzifəsindən kənarlaşdırıb.

Daha sonra Zelenski öz qərarını onunla izah edib ki, prokurorluq və SBU əməkdaşları arasında işğal olunmuş ərazilərdə qalan və Rusiyaya işləyən çoxlu sayda xainlər olduğundan SBU rəhbəri və prokuror vəzifələrindən kənarlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!