Ukrayna Kurskda 74 yaşayış məntəqəsi nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Kurskda 74 yaşayış məntəqəsi nəzarətə götürdü

Dünya

13 Avqust 2024 21:46 722


Ukrayna ordusu Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürüb.

Oxu.Az rbc.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ölkə prezidenti Volodimir Zelenskiyə məruzə edib.

O bildirib ki, bu gün Kursk vilayətində 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb. Sezar pizza

Xatırladaq ki, Ukrayna yalnız dünən, avqustun 12-də öz döyüşçülərinin Kursk vilayəti ərazisinə daxil olduğunu rəsmən təsdiqləyib. Rusiya tərəfindən isə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinə məruzə edərkən bildirib ki, Kreml regionda 28 yaşayış məntəqəsinə nəzarəti itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!