Ukrayna Kursku bu məqsədlə tutub- SENSASİON AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Kursku bu məqsədlə tutub- SENSASİON AÇIQLAMA

Dünya

10 Avqust 2024 11:59 721


"Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra Rusiya qüvvələrinin Ukraynadakı irəliləyişləri dayanıb". 

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə Ukraynanın məqsədi Rusiya ərazilərini nəzarətdə saxlamaqla mümkün danışıqlarda Kremllə ərazi mübadiləsinə nail olmaqdır. Toyuqlu pizza

"Yəni danışıqlarda Ukrayna şərt irəli sürür ki, o, Kurskda nəzarətə götürdüyü yerləri qaytarır, Rusiya isə əvəzində Ukraynanın ərazilərindən bir qismini boşaldır. 

Yaxşı düşünülüb, ağıllı gedişdir, amma ərazi mübadiləsi ilə bağlı praktiki nəticələr tez bir zamanda nəzərə çarpan deyil. Ümumiyyətlə, bu planın baş tutması Ukrayna qoşunlarının Kurskda möhkəmlənə bilmək dərəcəsindən asılıdır ki, bu da mürəkkəb görünür. 

Üstəlik, Rusiya bundan sonra Ukrayna ilə sərhədlərində nəzarəti və kəşfiyyat imkanlarını gücləndirməyin zəruri olduğunu dərk edir",- deyə siyasi şərhçi qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!