Ukrayna MN: “İndiyədək Rusiyanın 14 minə yaxın hərbçisi zərərsizləşdirilib“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna MN: “İndiyədək Rusiyanın 14 minə yaxın hərbçisi zərərsizləşdirilib“

Dünya

17 Mart 2022 14:12 393


Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 14 000-ə yaxın hərbçi zərərsizləşdirilib. Marqarita pizza

Bundan başqa, hücum edən tərəfin 444 ədəd tankı, 1435 ədəd zirehli döyüş maşını, 201 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 86 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 864 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlığı məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!