Ukrayna Orbanın atəşkəs təklifini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Orbanın atəşkəs təklifini rədd etdi

Dünya

02 İyul 2024 22:46 535


Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva deyib.

“Baş nazir öz fikrini söyləyib. Bu, hadisələrin mümkün inkişafına dair mövqe bildirən ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləyib və mövqeyini ifadə edib. Ukraynanın mövqeyi kifayət qədər dəqiq, aydın və bəllidir”, - o deyib. pizza

Qeyd edək ki, Kiyevə səfər edən Orban Zelenski ilə görüşdə Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifi irəli sürdüyünü bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!