Ukrayna ordusu 3 yaşayış məntəqəsini azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu 3 yaşayış məntəqəsini azad etdi

Dünya

04 Aprel 2022 09:31 447


Ukrayna ordusu Çerniqov vilayətinin yaxınlığında yerləşən Kolıçovka, Yaqidne və İvanovka yaşayış məntəqələrini ruslardan azad edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şimal" Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusundan azad edilən ərazilərdə təmizləmə işləri aparılır və yerli sakinlərə humanitar yardımlar çatdırılır. Hazırda hər üç yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarəti altındadır. pizza mizza

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!