Ukrayna ordusu Belqoroda doğru irəliləyir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Belqoroda doğru irəliləyir

Dünya

12 Avqust 2024 15:12 442


Ukrayna ordusu ilə toqquşmaların baş verdiyi Rusiyanın Kursk vilayətinin ardınca, Belqorodun Krasnoyarujsk rayonunda insanların təxliyyəsinə başlanılıb. 

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov sosial media hesabından verdiyi açıqlamada Belqorodda Krasnoyarujsk bölgəsinin sərhədlərində Ukrayna ordusu ilə toqquşmaların olduğunu bildirib. 

Bölgə əhalisini qorumaq üçün təxliyyənin başladığını qeyd edən Qladkov vətəndaşların daha təhlükəsiz ərazilərə köçürüldüyünü deyib.  Marqarita pizza

Qeyd edək ki, Ukrayna ordusunun Rusiyanın Kursk şəhərinə hücumu nəticəsində 76 mindən çox insanın təxliyə edildiyi bildirilir. Kurskda döyüşlər yeddi gündür ki, davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!