Ukrayna Rusiya limanları və mülkü gəmilərini hədəf elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiya limanları və mülkü gəmilərini hədəf elan etdi

Dünya

20 İyul 2023 18:07 762


"Rusiya Federasiyası bütün dünya üçün ümumbəşəri azad naviqasiya hüququnu növbəti dəfə vəhşicəsinə pozur və ərzaq təhlükəsizliyini qəsdən təhdid edir, milyonlarla insanı aclığa məhkum edir".

Yenisabah.az xəbər verir ki, bu, Ukraynanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Nazirlik Rusiyanı xəbərdar edib: "Ukrayna limanlarından ərzaq daşıyan mülki gəmiləri açıq şəkildə hədələməklə, dinc şəhərlərdə mülki infrastruktura raket hücumları və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etməklə, ticarət yollarında bilərəkdən hərbi təhlükə yaradaraq, Kreml Qara dənizi ilk növbədə Rusiya gəmiləri və Qara dənizin sularında Rusiya Federasiyasının dəniz limanları və Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazisində yerləşən Ukrayna dəniz limanları istiqamətində hərəkət edən digər dövlətlərin gəmiləri üçün təhlükə zonasına çevirib. Bütün risklərə görə məsuliyyət tamamilə Rusiya rəhbərliyinin üzərinə düşür". pizza

Rəsmi Kiyev sabahdan etibarən Qara dəniz hövzəsində Rusiya dəniz limanları və işğal olunmuş ərazidə yerləşən Ukrayna dəniz limanları istiqamətində hərəkət edən bütün gəmilərin həfə halına gəldiyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!