Ukrayna ruslar üçün sürpriz hazırlayır: “Hansı silahları aldığımızı paylaşmayın!”

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ruslar üçün sürpriz hazırlayır: “Hansı silahları aldığımızı paylaşmayın!”

Dünya

09 Mart 2022 13:22 1172


Ukraynanın Müdafiə naziri Oleksey Reznikov ölkə vətəndaşlarına müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o, öz müraciətində vətəndaşlardan, döyüşçülərdən Ukraynanın haradan, hansı silahları alması haqda məlumat paylaşmamağı xahiş edib:

“Xahiş edirəm ki, bəzi dövlətlər ölkəmizə silah tədarük edir deyə şayiə yaymayın. Bu barədə şərh verməkdən çəkinin. Bu məsələlərlə bağlı danışmaq hüququnu yalnız hakimiyyət orqanları özündə saxlayır.  pizza sifarişi

İnsanların xoş xəbərləri paylaşmaq istəyini başa düşürəm. Amma bəzən bu, nəticəyə mənfi təsir göstərən informasiya fonu yaradır”.

Daha sonra o bildirib ki, düşmənin nə gözlədiyini bilməsi lazım deyil: “Qoy, bu, onun üçün xoşagəlməz bir sürpriz olsun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!