Ukrayna səfiri: Sülh xəyal olaraq qalır 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna səfiri: Sülh xəyal olaraq qalır 

Dünya

08 Aprel 2024 10:47 657


Ukraynada sülhün bərpası xəyal olaraq qalır. 

“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyə KİV-nə müsahibəsində deyib. 

O bildirib ki, Rusiya tutduğu ərazilərdən çəkilsə, atəşkəs olar: “Amma Rusiyanın belə bir addım atacağı hələ ki inandırıcı görünmür. Rusiya getdikcə silahlanır, ordunu gücləndirir. Bizim prioritetimiz yay aylarında İsveçrədə keçiriləcək sülh zirvəsidir. Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski də bu məsələni müzakirə etdi”.  Dominos pizza

Diplomatın sözlərinə görə, Rusiya silahlanmanı gücləndirdiyi üçün Ukrayna da getdikcə silahlanır: “Belə bir vəziyyətdə sülhün bərpası xəyaldır”. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!