Ukrayna taleyin ümidinə buraxılmayacaq - Alman nazir 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna taleyin ümidinə buraxılmayacaq - Alman nazir 

Dünya

21 Avqust 2024 15:57 359


Almaniyanın iqtisadiyyat naziri Robert Habek Ukraynaya əlavə dəstək vəd edib. 

Yenisabah.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, Kiyevi bu məsələdə əmin edib. 

Nazir deyib ki, Rusiyanın təcavüzündən müdafiə olunan ölkə G7 ölkələrinin Kiyevə vəd etdiyi 50 milyard dollar krediti ayıra bilib-bilməməsindən asılı olmayaraq, Almaniyadan kömək alacaq.  Dominos pizza

İqtisadiyyat naziri “Funke group” nəşrlərinə müsahibəsində deyib ki, Ukrayna ilə bağlı öhdəliklər yerinə yetirilməlidir: "Əgər kredit verilməzsə, dəstək başqa yollarla təmin edilməlidir". 

O vurğulayıb ki, silah sisteminin elə indidən sifariş olunmasını təmin etmək lazımdır ki, sonradan G7 fondlarından ödənilsin. 

Habek vurğulayıb ki, ABŞ-da Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə belə, Kiyevə dəstəyi dayandırsa belə, Ukraynanı taleyin ümidinə buraxmayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!