Ukrayna və Çin nazirləri vəziyyəti müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna və Çin nazirləri vəziyyəti müzakirə etdi

Dünya

01 Mart 2022 17:52 598


Ukraynanın xarici İşlər naziri Dmitri Kuleba Çin Xalq Respublikasının xarici İşlər naziri Van İ ilə telefon danışığı aparıb və o, Çinin Ukrayna torpaqlarında müharibəni diplomatiya yolu ilə dayandırmaq üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna diplomatiyasının rəhbəri çinli vəzifədaşına Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün inkişafı, mülki infrastrukturun atəşə tutulması və dinc sakinlərin öldürülməsi barədə ətraflı məlumat verib. pizza mizza

O, Van İdən Rusiyanı Ukrayna xalqına qarşı silahlı təcavüzünə son qoymağa məcbur etmək üçün Pekin və Moskva arasında münasibətlərin səviyyəsindən istifadə etməyi xahiş edib.

Çinli nazir Çinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib və ikitərəfli münasibətlərin strateji xarakterini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!