Ukrayna və Rusiya nümayəndə  heyəti 4-cü dəfə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna və Rusiya nümayəndə heyəti 4-cü dəfə görüşəcək

Dünya

13 Mart 2022 11:52 434


Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu keçiriləcək.

Yennisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının yaydığı məlumatda deyilir.

Bildirilib ki, növbəti görüşün dəqiq vaxtı hələlik məlum deyil. pizza hut

"Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu hüquqi formatlar hazırlandıqdan sonra baş tutacaq. Bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər. Qarşılıqlı hüquqi formatlar hazırlandıqdan sonra görüş təyin olunacaq. Sabah və biri gün ola bilər. Biz bütün məsələləri müzakirə etdik, indi həmin məsələləri bəzi hüquqi formatlarda tənzimləməyə çalışırıq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya rəsmiləri arasında üç dəfə görüş keçirilib. Danışıqlar Belarus ərazisində aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!