Ukraynada 11-12 milyon insan məcburi köçkünə çevrilib

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada 11-12 milyon insan məcburi köçkünə çevrilib

Dünya

21 Mart 2022 13:35 390


Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak qeyd edir ki, Ukraynada 11-12 milyon insan məcburi köçkünə çevrilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Podolyak Tvitter-də bildirib.

"3 milyondan çox ukraynalı Avropa ölkələrinə getməyə məcbur olub. Müharibə səbəbindən şəhərlərini və iş yerlərini tərk etmiş 11-12 milyon məcburi köçkün var. Sadəcə bu rəqəmi dərk edin! Rusiya Federasiyası milyonlarla insanın həyatını məhv edir. Bu artıq qlobal humanitar fəlakət deyilmi?”,-deyə o vurğulayıb. pizza hut

Martın 20-də məlum olub ki, Ukrayna Nazirlər Kabineti məcburi köçkünlərə dəstək məqsədi ilə sosial müavinətlər, məşğulluq, evlərini itirmiş və ya məcburi köçkün olmuş şəxslərin yaşayış yeri məsələlərini tənzimləyən sosial paket hazırlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!