Ukraynada ABŞ komandoları döyüşür -   Gizli fəaliyyətə dair şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada ABŞ komandoları döyüşür - Gizli fəaliyyətə dair şok iddia

Dünya

26 İyun 2022 09:31 2410


Ukraynada bir sıra NATO ölkələrinin xüsusi təyinatlıları gizli fəaliyyət göstərir.

Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, söhbət ABŞ, Böyük Britaniya, Fransa, Kanada və Litvadan olan komandolardan gedir.

ABŞ nəşri öz mənbələrinə istinadən yazır ki, “Bayden administrasiyası Amerika qoşunlarını Ukraynaya göndərməyəcəyini desə də, bəzi MKİ rəsmiləri ölkədə, əsasən də Kiyevdə gizli fəaliyyətlərini davam etdiriblər”. Sezar pizza

Qəzet əlavə edib ki, onların vəzifəsi Ukrayna tərəfinə külli miqdarda kəşfiyyat məlumatı ötürməkdir.

“Eyni zamanda, Britaniya, Fransa, Kanada və Litva da daxil olmaqla, digər NATO ölkələrindən bir neçə onlarla komando da Ukrayna daxilində işləyir”, - mənbələr “The New York Times”a bildiriblər.

Nəşr xatırladır ki, “ABŞ Rusiyanın xüsusi əməliyyatı başlamazdan əvvəl Ukraynada işləmiş 150 hərbi təlimatçısını geri çağırıb”.

3 ABŞ rəsmisi bildirib ki, komandolar ya qalıb, ya da o vaxtdan ölkəyə girib-çıxıb, Ukrayna qoşunlarına təlim keçib, məsləhətlər verib, silah və digər yardım üçün quru marşrutu təmin edib.

Məqalədə həmçinin deyilir ki, komandoların mövcudluğu Ukraynaya kömək etmək üçün gizli səylərin miqyasına işarə edir.

Amerika və digər Qərb rəsmiləri anonimlik şərti ilə deyirlər ki, xarici “komandolar” Ukrayna qoşunları ilə cəbhə xəttində deyil, onlara ölkənin digər bölgələrindəki qərargahlardan və ya uzaqdan şifrəli rabitə vasitəsilə məsləhət verirlər. Bununla belə, onların maddi-texniki təminatı, təlim nəticələri və kəşfiyyat dəstəyi döyüş meydanında hiss olunur.

Qəzetin mənbələrinə görə, Almaniyada Ukrayna komandolarına və digər qoşunlara hərbi yardımı əlaqələndirmək üçün 20-yə qədər ölkənin daxil olduğu xüsusi struktur yaradılıb.

“The New York Times” yazır: "ABŞ-ın ordu katibi Kristin Uormut Atlantik Şurada keçirilən milli təhlükəsizlik tədbirində deyib ki, bu struktur “Ukraynaya silah və texnika axınını idarə etməyə kömək edir.

Biz bütün bu müxtəlif yüklərin hərəkətini əlaqələndirməyə çalışırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!