Ukraynada Axtırka Diyarşunaslıq Muzeyindəki Azərbaycan guşəsi köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada Axtırka Diyarşunaslıq Muzeyindəki Azərbaycan guşəsi köçürüləcək

Dünya

05 Aprel 2022 18:35 490


Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov müharibədən ən çox zərər çəkən və artıq qəhrəman şəhər elan edilən Axtırkaya səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində II Dünya müharibəsi zamanı Axtırkanın işğaldan azad edilməsində şücaət göstərmiş Museyib Bağırovun şəxsi əşyalarının və xatirə güzşəsinin olduğu Axtırka Diyarşunaslıq Muzeyinə baxış keçirib. Qeyd edək ki, döyüşlər zamanı muzey ciddi xəsarət alıb və ilkin olaraq onun tamamilə sökülməsi məsələsi müzakirə edilir. pizza sifarişi

Azərbaycanın fəxri konsulu Əfqan Salmanov şəhər meri Pavel Kuzmenko ilə söhbətində Museyib Bağırovun şəxsi əşyalarının və Azərbaycan güşəsində olan eksponatların qorunması istiqamətində müzakirə həyata keçiriblər və onların müvəqqəti digər müzey ərazisinə keçirilməsinə razılaşıblar.

Azərbaycan hökümətinə göstərdikləri humanitar yardıma görə təşəkkür edən Pavel Kuzmenko Axtırkanın bərpasında ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Xüsusən neft-qaz sahəsində əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

Səfər çərçivəsində Azərbaycanın fəxri konsulu Axtırka ərazisində yaşayan həmvətənlərimizin vəziyyəti ilə də yaxından maraqlanıb.

Qeyd edək ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!