“Ukraynada bərpa işlərinə böyük sərmayə qoyulacaq“   - Şarl Mişel

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynada bərpa işlərinə böyük sərmayə qoyulacaq“ - Şarl Mişel

Dünya

06 Aprel 2022 13:35 477


"Ukraynada müharibə başa çatandan sonra başlanacaq bərpa işlərinə külli miqdarda sərmayə qoyulacaq".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Patrlamentində çıxışı zamanı bildirib.

“Ukraynaya həm siyasi, həm maliyyə, həm də humanitar baxımdan dəstəyimizi davam etdirəcəyik. Ukrayna üçün trast fondu yaratmaqla bağlı razılıq əldə olunub. Bununla da yaxın gələcəkdə həmin ölkəyə yardım göstərmək, uzun müddətdə isə iqtisadiyyatı, infrastrukturu bərpa etmək üçün böyük miqdarda sərmayə qoymaq mümkün olacaq”, - o deyib. pizza sifarişi

Ş.Mişel bununla yanaşı, Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini diqqətə çatdırıb: “Avropa İttifaqının həmrəy və təəssübkeş olması, bu müharibəyə son qoyulması Ukraynanın bərpasına kömək üçün bir töhfədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!