Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu

Sosial

03 Sentyabr 2020 14:31 1005


Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı hücuma məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.

Yenisabah.az bildirir ki, Kiyev şəhər Peçerskiy rayon polisindən Report-a verilən məlumata görə, polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında hər iki şəxs barəsində məhkəmə tərəfindən Azərbaycana deportasiya olunma qərarı verilib.

Deportasiyaya səbəb kimi xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib. Pepperoni pizza

Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanmışdı. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!