Ukraynada işgəncə görüntüləri böyük səs-küy yaratdı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada işgəncə görüntüləri böyük səs-küy yaratdı - FOTOLAR

Dünya

24 Mart 2022 22:46 1320


Rusiya-Ukrayna müharibəsinin 29-cu günündə Ukraynadan yayılan  işgəncə görüntüləri dünyada böyük səs-küyə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, bəzi ukraynalı yarımhərbi qruplar küçələrdə qadın və uşaqlar da daxil olmaqla mülki vətəndaşları dirəklərə bağlayaraq işgəncə veriblər.

Britaniyanın “Daily Mail” qəzeti daha əvvəl müharibədən sui-istifadə edən talançıların və cinayətkarların dirəklərə bağlanmış görüntülərini paylaşmışdı. Bundan əlavə, sosial mediada paylaşılan bəzi ukraynalı paramilitar qrupların qadın və uşaqlar da daxil olmaqla, bir çox mülki şəxsi dirəklərə bağlayaraq işgəncə verdiyini göstərən görüntülər tənqidlərə səbəb olub. Marqarita pizza

Ölkədə açıq-aşkar məhkəməsiz cəzalar sürətlə artmaqdadır və qurbanlar arasında rusiyapərəst olmaqda ittiham olunanlar da var. İşgəncə olunanlar arasında Rusiyaya qarşı döyüşmək istəməyən kişilərin də olduğu iddia edilib.

Bəzi görüntülərdə birdən çox adamın eyni dirəyə bağlandığı, yarıçılpaq, şalvarının aşağı salındığı görünür. Bəzən isə dirəklərə bağlanan adamları qamçılayıb qan içində ölümə tərk edirlər.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!