Ukraynada leylək pilotun ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada leylək pilotun ölümünə səbəb oldu

Dünya

23 Avqust 2024 23:43 459


Ukraynanın Xmelnitski vilayətində təlim uçuşu zamanı leyləyin "L-39" təyyarəsi ilə toqquşması nəticəsində katapult edən pilot ölüb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə " Strana.ua" hüquq-mühafizə orqanlarına istinadən yazıb.

"L-39" təyyarəsi təlim uçuşu zamanı leylək tərəfindən vurulub və pilotlardan birinin görmə sahəsini örtüb. Görmə sahəsinin olmaması səbəbindən o, katapult edib. Hündürlüyün az olması səbəbindən pilotun paraşütü açılmayıb və nəticədə o, yerindəcə dünyasını dəyişib. İkinci ekipaj üzvü isə təyyarəni endirib", - məlumatda bildirilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!