“Ukraynada məqsədinə çatmaq üçün Rusiyanın kifayət qədər gücü var” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynada məqsədinə çatmaq üçün Rusiyanın kifayət qədər gücü var” - Putin

Dünya

05 Mart 2022 17:39 729


Rusiya Federasiyasının ərazisində hər hansı xüsusi vəziyyətin tətbiqi nəzərdə tutulmur.

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin bəyan edib.

“Hərbi vəziyyət xarici təcavüz halında tətbiq edilir, Rusiyada indi belə bir vəziyyət yoxdur və olmayacaq”. Dominos pizza

O əlavə edib ki, Rusiya cəmiyyətini sarsıtmağa cəhdlər edilir.

Putin deyib ki, “Ukraynadakı hərbi əməliyyatlarda pəşəkar hərbçilər iştirak edir, onların arasında orduya yeni çağırılanlar  yoxdur”.

O, Ukraynada döyüşmək üçün hərbi komissarlıqlara gələn könüllülərə təşəkkür edib və deyib ki, hələ onların köməyinə ehtiyac yoxdur.

Ölkə başçısının sözlərinə görə, “Ukraynada xüsusi əməliyyatın məqsədlərinə çatmaq üçün Rusiyanın kifayət qədər gücü var”.

Putin deyib ki, Rusiya ordusu qarşısında qoyulan bütün vəzifələri həll edəcək. Onun sözlərinə görə, Ukraynada əməliyyatlar Baş Qərargahın plan və cədvəliyə uyğun davam edir.

Prezidentin sözlərinə görə, Rusiya hökuməti hazırda biznesə dəstək tədbirlərinin genişləndirilməsi üçün işləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!