Ukraynada müharibə dalana dirənib? - Kremldən cavab

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada müharibə dalana dirənib? - Kremldən cavab

Dünya

02 Noyabr 2023 14:36 591


"Xüsusi hərbi əməliyyat" ardıcıl olaraq davam edir.

Yenisabah.az RIA Novosti-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib: "Kiyev döyüş meydanında qələbə perspektivinin olmadığını nə qədər tez başa düşsə, vəziyyət nə qədər tez həll olunsa, bir o qədər tez bəzi perspektivlər açılacaq". pizza

Peskov Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnının müharibənin dalana dirənməsi barədə bəyanatını şərh edib: 

“Xeyir, döyüşlər dalana dirənməyib. Rusiya ardıcıl olaraq xüsusi hərbi əməliyyat keçirməyə davam edir. Qarşıya qoyulan bütün məqsədlərə çatmaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!