“Çinlilər bu müharibədən bəhrələnənlərdir”.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - "Sepah) komandanının köməkçisi general-mayor Yəhya Səfəvi deyib.
O, Rusiya-Ukrayna müharibəsini təhlil edərək, dünyada yeni dövrün başladığını açıqlayıb. Toyuqlu pizza
"Rusiya-Ukrayna müharibəsi İkinci Dünya müharibəsindən sonra kontinental Avropada görünməmiş bir hadisədir. Kiyevdən Moskvaya qədər olan məsafə 400 km-dir və bu məsafədə olan ərazi düzəndir, heç bir yüksəklik yoxdur. Ukrayna və Rusiyanın coğrafi taleyi bir-birinə bağlıdır, əgər amerikalılar və NATO Ukraynanı NATO-ya birləşdirməyə və öz raket, hava hücumundan müdafiə sistemlərini və s. Ukraynada yerləşdirməyə nail olsalar, Moskva ciddi təhlükə altında olacaq", - deyə "Sepah" generalı qeyd edib.
Yəhya Səfəvi bildirib ki, Rusiya-Ukrayna müharibəsi ABŞ, NATO və Avropanın gücünü zəiflədir. Eyni zamanda, sanksiyaların həm Rusiya, həm ABŞ, həm də Avropa üçün ciddi sosial-iqtisadi və siyasi nəticələri var.
"Çinlilər bu müharibədən bəhrələnənlərdir. Mən 2 ildən artıqdır ki, akademik müzakirələrdə və elmi mühazirələrdə vurğulayıram ki, dünya gücün qütbləşməsinə doğru gedir və güc yavaş-yavaş dünyanın qərbindən şərqinə doğru irəliləyir”, - deyə o, nəticə çıxarıb.
Telegram kanalımız