Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 115 uşaq həlak olub, 140-dan çox uşaq yaralanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 115 uşaq ölüb. 140-dan çox uşaq yaralanıb. ", - məlumatda deyilir. Dördpendirli pizza
Hadisələr ölkənin 14 regionunu əhatə edir.
Ən son uşaq ölümü dünən - martın 19-da qeydə alınıb.
Rusiya hərbçilərinin Luqansk vilayətinin Rubijne şəhərini atəşə tutması nəticəsində yaşayış binası dağıdılıb. Dağıntılar altından xilasedicilər iki uşağı çıxarıblar.
"Onları xilas etməyə çalışıblar, amma nəticəsiz qalıb. Uşaqlar sağ qalmayıb. Dağıntılar altından anası ilə birlikdə daha bir uşaq tapılıb. Təəssüf ki, həkimlər qadının öldüyünü bildiriblər, uşaq isə xilas edilib. Onun vəziyyəti stabil və qənaətbəxşdir”, - deyə məlumatda bildirilir.
Həmin gün Xarkovda yaşayış binalarının atəşə tutulması nəticəsində bir kişi və 9 yaşlı uşaq həlak olub.
Həmçinin qeyd edilir ki, bombardmanlar nəticəsində 489 təhsil müəssisəsi zədələnib, onlardan 69-u tamamilə dağıdılıb. Bu məlumatlar yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş yerlərdə yoxlama imkanı yoxdur.
Telegram kanalımız