Ukraynada ölən rus əsgərlərinin sayı 39 minə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada ölən rus əsgərlərinin sayı 39 minə çatdı

Dünya

22 İyul 2022 10:41 697


“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 000 hərbçisi məhv edilib”. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 704 tank, 3 920 zirehli döyüş maşını, 863 artilleriya sistemi, 251 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 221 təyyarə, 188 helikopter, 713 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 803 avtomobil texnikası və avtosistern, 72 xüsusi texnikadan ibarətdir. Marqarita pizza

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!