Ukraynada parlament seçkiləri təxirə salındı 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada parlament seçkiləri təxirə salındı 

Dünya

27 İyul 2023 15:52 887


Ukrayna Ali Radası hərbi vəziyyətin səkkizinci dəfə 90 gün, 2023-cü il noyabrın 16-dək uzadılmasına qərar verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə parlamentin deputatı Oleksiy Qonçarenko öz "Teleqram" kanalında məlumat yayıb. 

O, oktyabrın sonuna təyin edilmiş parlament seçkilərinin təxirə salınacağını bildirib. Həmçinin ölkədə ümumi səfərbərlik müddəti üç ay uzadılıb.  Toyuqlu pizza

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl hərbi əməliyyatlar bitməmiş parlament və prezident seçkilərinin keçirilməyəcəyini bəyan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!