Ukraynada raketlə vurulan ticarət mərkəzində azərbaycanlılar olub?

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada raketlə vurulan ticarət mərkəzində azərbaycanlılar olub?

Hadisə

28 İyun 2022 01:44 919


Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.

Yenisabah.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə rəhbəri Füzuli Qənbərov Azərtac-a açıqlamasında ilkin məlumata görə, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımızın olmadığını bildirib.

“Xilasetmə tədbirləri davam edir, Kremençuq şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, təşkilatımızın diaspor fəalları hadisə yerindədirlər. Kremençuqda yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı ticarət mərkəzində olmadıqları müəyyən edilib”, - Füzuli Qənbərov əlavə edib. Pepperoni pizza

Qeyd edək ki, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!