Ukraynada təxribat törətmək istəyən 486 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada təxribat törətmək istəyən 486 nəfər tutuldu

Dünya

29 Mart 2022 13:09 551


Fevralın 24-dən bəri polis Ukraynada təxribat fəaliyyətində iştirak edən 486 nəfəri saxlayıb.

Yenisabah.az xəbər verir  ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. 

"Düşmənə kömək edən insanları başa düşmək mümkün deyil. Onlar öz xəyanətlərinə görə məsuliyyət daşıyacaqlar", - polis bildirib. pizza hut

Qeyd olunur ki, martın 28-də polis rus işğalçıları üçün məlumat toplayan və düşmənə dəstək verən daha 5 nəfəri saxlayıb.

Belə ki, Kirovohrad vilayətində yerli sakinin telefonuna baxış zamanı Ukrayna ərazisində müxtəlif obyektlərin raket hədəfləri ilə bağlı yazışmalar və Kropivnitski ərazisi və onun ətrafının topoqrafik xəritələrinin fotoşəkilləri aşkar edilib.

Lvov vilayətində bölgədə təxribat və dağıdıcı fəaliyyətlə məşğul olan simferopollu da saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!