Ukraynalı qaçqınlar: Onlar daha çox hansı ölkəyə sığınıb?

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı qaçqınlar: Onlar daha çox hansı ölkəyə sığınıb?

Dünya

04 Mart 2022 17:43 712


“1 milyon 210 min insan Ukraynanı tərk edib”.

Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat verib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Avropa İttifaqı, o cümlədən Polşa, Rumıniya, Çexiya və s. ölkələrdə qaçqınların qəbulu üzrə xüsusi mərkəzlər yaradılıb. Böyük Britaniyada isə ukraynalıların rus oliqarxlarının müsadirə olunmuş malikanələrində yerləşdirilməsi planlaşdırılır. Dominos pizza

Martın 4-nə olan məlumata görə, 1 milyon 210 min insan Ukraynanı tərk edib. Onlardan, demək olar ki, 650 mini Polşaya yollanıbı. İkinci yerdə 144,7 min qaçqınla Macarıstandır. 103 min Ukrayna vətəndaşının getdiyi ilk üçlüyü isə Moldova tamamlayır.

Xatırladaq ki, 18 yaşdan 60 yaşadək kişilərin Ukraynadan çıxması qadağandır. Ölkəni yalnız qadınlar, uşaqlar və qocalar tərk edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!