Ukraynalıların Gürcüstanda qalma müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalıların Gürcüstanda qalma müddəti uzadıldı

Dünya

24 Aprel 2024 14:32 415


Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarına 3 il ərzində ölkədə vizasız qalmağa icazə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın hüquq portalında dərc olunan hökumətin müvafiq qərarında deyilir.

Sənəddə deyilir: “Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və 3 il qalmaq hüququ var". pizza hut

Mətndə qeyd olunur ki, qərar “2024-cü il fevralın 24-dən sonra yaranan hüquq münasibətlərinə” şamil ediləcək.

2023-cü ilin fevralında Gürcüstan hökuməti ukraynalıların ölkədə 2 il vizasız qalmasına icazə vermək qərarına gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!