“Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri sıradan çıxarılıb”.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopter, həmçinin 172 pilotsuz uçuş aparatı, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”,- deyə məlumatda qeyd olunub. Dominos pizza
Telegram kanalımız